What is it about?

Məqalədə Azərbaycan-Özbəkistan investisiya fondunun iqtisadi potensialı qiymətləndirililir, fondun potensialının ikitərəfli münasibətlərə verə biləcəyi tövhələr təhlil edilir, yaxın gələcəkdə daha səmərəli fəaliyyəti üçün təkliflər verilir. Təhlil məqsədilə Azərbaycan və Özbəkistan arasında fondun yaradılması bilavasitə hər iki ölkənin yaxın keçmişdəki iqtisadi dinamikası, mövcud reallıqları və potensialı ilə əlaqləndirilməlidir.

Featured Image

Why is it important?

Azərbaycan və Özbəksitan arasında yaradılan Birgə İnvestisiya Fondu ikitərəfli münasibətlərin yeni, daha intensiv və strateji əməkdaşlıq mərhələsinə qədəm qoyduğuna dair sübutu ortaya qoyur. Baxmayaraq ki, Azərbaycan üçün belə bir təcrübə hələ yenidir, mövcud ölkələrarası razılıq və qərarlar silsiləsi qanunvercilikdə də öz əksini taparaq yaxşı hüquqi baza əsasında tənzimlənəcək və qarşılıqlı iqtisadi potensialı realizə edəcək. Hal-hazırda beynəlxalq münasibətlər sistemi, yeni geosiyasi şərtlər, yeni iqtisadi dinamika həm Azərbaycan, həm də Özbəkistanın bir-biri ilə əməkdaşlıq etməsində münbit zəmin və cəzbedici investisiya iqlimi yaradır. Cari müşahidələr fondun perspektivli olduğunu, yaxın gələcəkdə real iqtisadi artım və inkiaşafa tövhə verəcəyini, Azərbaycanın Mərkəzi Asiyada öz imicini yaxşılaşdıracağını, belələliklə də Şərq ilə Qərb arasında hal-hazırda nəqliyyat və logistikanın yenidən qurulması mərhələsində öz yerini möhkəmlətməsinə yardımçı olacağına dair müsbət siqnallar ötürür. Fond Azərbaycan və Özbəkistanda ixrac potensialı yüksək olan bizneslərin yeni sənaye əməkdaşlıqları vasitəsilə birbirinə yol tapmağında açar rol oynaya bilər.

Perspectives

Məqalə baş iki ölkə arasında yaradılmış investisiya fondu haqqında məlumat verir və yaxın gəcələkdə mümkün əməkdaşlıqla üçün təkliflər irəli sürür. Məqalədə fondun səmərəliliyini təsvir etməkdən ötəri müəyyən iqtisadi göstəricilər təhlili edilib və siyasət təklifləri edilib. Türk dünyası ilə mövcud əməkdaşlığın genişləndirilməsi üçün belə addımlar vacibdir, lakin onların təhlili olduqca az rast gəlinir deyə cari məqalə bu boşluğu doldurur.

Dr. Ibrahim Niftiyev
Azerbaijan State University of Economics (UNEC)

Read the Original

This page is a summary of: AZƏRBAYCAN-ÖZBƏKİSTAN İNVESTİSİYA FONDUNUN İQTİSADİ POTENSİALININ QİYMƏTLƏNDİRİLMƏSİ, January 2024, Trade Unions Republican Commiittee of Azerbaijan Water Economy Workers,
DOI: 10.30546/1810-911x.2024.1.105.
You can read the full text:

Read

Contributors

The following have contributed to this page